Cəlilabadda avtomobil piyadanı vurub

Cəlilabadda avtomobil piyadanı vurub
# 10 avqust 2013 21:22 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə avqustun 10-da Ələt-Astara magistralının 137-ci kilometrliyinin Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Biləsuvar rayonunun Xırmandallı kənd sakini, 1982-ci il təvəllüdlü Cavid Seyran oğlu Mirzəyev idarə etdiyi "Mersedes" markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Cəlilabad rayonunun Pərdi kənd sakini Ağasəməd Əlisəməd oğlu Nərimanovu vurub.Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, A.Nərimanov lazımı tibbi mudaxilələr edilməklə həkimlərin nəzarətində saxlanılır və hazırda onun vəziyyəti orta-agır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR