Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında fiziki şəxslərin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2013-cü il sentyabrın 1-nə 6 090,4 mln. manat təşkil edib.
«APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərinə əsasən, illik müqayisədə əmanətlərin həcmi 1 627,8 mln. manat və ya 36,5% artıb.
Eyni zamanda, bu ilin yanvar-avqust ayları ərzində əmanətlərin həcmi 977,0 mln. manat və ya 19,1%, təkcə avqust ayında isə 71,1 mln. manat və ya 1,2% artıb.