Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edəcək
# 05 fevral 2014 14:21 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov fevralın 27-də Gəncədə vətəndaşlarla görüşəcək.

Bu barədə APA-ya SHÇDX-nin mətbuat xidmətindən məlumat verilib.

Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında (Gəncə şəhəri, M. Abbaszadə küç. 51) keçiriləcək qəbulda Gəncə, Samux, Göygöl, Goranboy, Mingəçevir və Daşkəsən rayon və şəhər sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşların fevralın 26-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR