AŞPA-nın sabiq sədri Jan-Klod Minyonun AŞ baş katibi vəzifəsinə namizədliyi təsdiqlənməyib 

AŞPA-nın sabiq sədri Jan-Klod Minyonun AŞ baş katibi vəzifəsinə namizədliyi təsdiqlənməyib 
# 21 fevral 2014 12:33 (UTC +04:00)

APA-nın Avropa müxbirinin məlumatına görə, bu vəzifəyə rəsmən 3 namizəd qeydə alınmışdı: Avropa Şurasının hazırkı baş katibi, norveçli Tyorbörn Yaqland, Almaniyanın sabiq ədliyyə naziri, xanım Sabin Löythöyzer-Şnarrenberger və AŞPA-nın sabiq sədri, fransalı Jan-Klod Minyon.

Keçirilən səsvermədə Tyorbörn Yaqland və xanım Sabin Löythöyzer-Şnarrenbergerin namizədlikləri təsdiq olunub. AŞPA-nın sabiq sədri Jan-Klod Minyonun namizədliyi isə NK tərəfindən təsdiqlənməyib.

Bundan sonrakı mərhələdə qeydə alınmış iki nəfərin namizədliyi Avropa Şurası Parlament Assambleyasının Bürosuna göndəriləcək və daha sonra AŞPA-nın iyunda keçiriləcək yay sessiyasında assambleya üzvləri qurumun baş katibini seçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR