Anna Qerman: “Yanukoviç Ukraynanı tərk etməyəcək”

Anna Qerman: “Yanukoviç Ukraynanı tərk etməyəcək”
# 22 fevral 2014 19:46 (UTC +04:00)

Bakı – APA. Ukrayna Ali Radasının deputatı Anna Qerman prezident Viktor Yanukoviçin Rusiyaya uçması barədə məlumatları təkzib edib.

APA-nın Korrespondent.net-ə istinadən verdiyi məlumata görə, Qerman deyib ki, Yanukoviç ölkənin cənubi-şərq reqionlarına səfər edərək vətəndaşlar ilə görüşlər keçirəcək.

“Yanukoviç Rusiyaya getməyəcək. Bu sadəcə uydurmadı”, - deyə Qerman bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR