Vaqif Əliyev İtaliya Senatının Təhsil və mədəni irs komissiyasının prezidentini qəbul edib - FOTO

Vaqif Əliyev İtaliya Senatının Təhsil və mədəni irs komissiyasının prezidentini qəbul edib - <span style="color: red;">FOTO
# 30 iyun 2014 15:24 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev İtaliya Senatının Təhsil və mədəni irs komissiyasının prezidenti Andrea Markuççinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə İtaliya Respublikasının ölkəmizdə akkreditə edilmiş fövqəladə və səlahiyyətli səfiri Giampaolo Cutillo da iştirak edib.

V.Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi və siyasi əlaqələrlə yanaşı, mədəniyyət sahəsində də əlaqələr yüksək səviyyədə inkişaf edir.

Görüşdə qeyd olunub ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliya Respublikasının müxtəlif şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər keçirilib, Roma şəhərində yerləşən Villa Borqezze parkında Nizami Gəncəvinin abidəsi qoyulub, 2013-cü ildə Heydər Əliyev Fondu Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nın bərpasına dəstək göstərib.

Nazir müavini V.Əliyev Azərbaycanın oktyabr 30-dan noyabrın 2-dək İtaliyanın Paestum şəhərində keçiriləcək "Arxeoloji Turizm üzrə Aralıq Dənizi Yarmarkası"nda "fəxri qonaq ölkə" qismində iştirakından məmnunluğu bildirərək, bunun ölkəmizin zəngin irsinin tanıdılması baxımdan faydasını qeyd edib.

A.Markuççi bildirib ki, iki xalq arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün münbit şərait var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR