Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,1% enib
# 26 fevral 2014 06:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 16 180 bəndədək, S&P 500 0,1% - 1 845 bəndədək, Nasdaq 0,1% - 4 288 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-da fond indekslərinin enməsi zəif makroiqtisadi göstəricilər fonunda baş verib. Belə ki, istehlakçıların etimadı indeksi fevral ayında 80,7 bənddən 78,1 bəndədək azalıb.

Avropa fond bazarlarında fevralın 25-də FTSE 100 indeksi 0,5% - 6 831 bəndədək, Almaniya DAX-ı 0,1% - 9 699 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 415 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 341,20 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3738 dollar (+0,04%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR