Səudiyyə Ərəbistanı xaricdə döyüşən vətəndaşlarına qarşı cəza tətbiq edəcək

Səudiyyə Ərəbistanı xaricdə döyüşən vətəndaşlarına qarşı cəza tətbiq edəcək
# 03 fevral 2014 22:27 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yerli hökumətin sərəncamına əsasən, həmçinin, rəsmi ər-Riyadın terrorçu hesab etdiyi təşkilatlara dəstək göstərənlər 5 ildən 30 ilə qədər azadlıqdan məhrum ediləcəklər.

Səudiyyə Ərəbistanının Daxili işlər nazirliyinin hesablamalarına görə, ölkənin 1 200 yaxın vətəndaşı Suriyaya yollanaraq mücahidlərə qoşulub.

Livanın “Daily Star” nəşri qeyd edir ki, rəsmi ər-Riyad Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan bir sıra suriyalı müxalif qruplaşmanı dəstəkləsə də , səudiyyəlıların münaqişədə iştirakını təqdir etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR