Hava şəraiti ilə əlaqədar Novosibirsk-Bakı aviareysi ləngiyib

Hava şəraiti ilə əlaqədar Novosibirsk-Bakı aviareysi ləngiyib
# 31 yanvar 2014 08:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Rusiyada müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar «Ural Airlines» şirkətinin Novosibirsk-Bakı marşrutu üzrə 3299 nömrəli aviareysində ləngimə müşahidə olunub. Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Belə ki, «Airbus-320» təyyarəsi ilə həyata keçirilən bu aviareys Novosibirskdən saat 07:25-də yerinə yetirilməsi planlaşdırılsa da, hava şəraiti ilə əlaqədar reys təxminən 2 saat təxirə salınıb. Nəticədə, təyyarə saat 09:25-də havaya qalxıb və onun 11:30-də Bakıda eniş etməsi gözlənilir.

Xatırladaq ki, Bakı-Novosibirsk aviareysi həftənin I və V günləri saat 11:55-də yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR