Bakıda XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi keçirilir - VİDEO - FOTOSESSİYA

Bakıda XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi keçirilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 12 sentyabr 2013 09:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi öz işinə başlayıb.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən konqres sentyabrın 15-dək davam edəcək.

Konqresdə Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin (ATU) səlahiyyətli şəxsləri, habelə 22 ölkədən dəvət olunmuş cərrahiyə və qastroenterologiya üzrə tanınmış mütəxəssisləri iştirak edib.

Konqresin açılışında çıxış edən ATU rektoru Əhliman Əmiraslanov deyib ki, bu konqresin keçirilməsi ölkə səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ölkədə yeni müasir standartlara cavab verən müəssisələr tikilir və ya əsaslı təmir edilir. Ə.Əmiraslanov qeyd edib ki, bu səhiyyə qarşısında duran əsas məsələ yeni müəssisələrin lazımlı mütəxəssislərlə təmin olunmasıdır: “Bu gün Azərbaycan Tibb Universitetinin yeni Cərrahiyyə Klinikasının açılışı gözlənilir. Universitetin 18 kafedrası bu klinikada fəaliyyət göstərəcək. Burada ən müasir şərait yaradılıb, indiyədək olmayan tədris mərkəzi açılıb, simulyatorlar və lazımlı avadanlıqlar yerləşdirilib”.

Səhiyyə nazirin müavini Elsevər Ağayev isə bildirib ki, XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresinin 6-sı Bakıda keçirilib. Onun sözlərinə görə, konqresdə 19 ölkədən 105 nümayəndə iştirak edib. Azərbaycan səhiyyəsinin inkişaf etdiyini deyən E.Ağayev vurğulayıb ki, son 10 ildə səhiyyə sahəsində çox uğurlu addımlar atılıb: “Təkcə bu il Azərbaycanda 300 min kvadrat metr sahədə tibb müəssisələri tikilib və ya əsaslı təmir edilib. Yaxın günlərdə 50 min kvadrat metr sahəsi olan Bakı Sağlamlıq Mərkəzinin açılışı gözlənilir. Regionlarda yeni tibb müəssisələri açılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR