Bakıda restoranda baş verən yanğın söndürülüb - FOTOSESSİYA - VİDEO - YENİLƏNİB

Bakıda restoranda baş verən yanğın söndürülüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 29 may 2014 13:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda “Meşəbəyi” restoranında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, ümumi sahəsi 420 kv/m olan restoranda baş verən yanğına qısaqapanma səbəb olub. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb edilib.

Yanğın nəticəsində restoranın 260 kv/m sahəsi yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

***

saat 15.33

Bakı. Hafiz Heydərov - APA. Bakıda restoran yanır.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda, “Oazis” əyləncə mərkəzinin yanında yerləşən “Meşəbəyi” restoranında qeydə alınıb.

Əraziyə xeyli sayda yanğınsöndürən cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR