Azərbaycanda Xocalı soyqırımına dair yeni abidə kompleksi rəsmi protokola salınacaq - VİDEO

Azərbaycanda Xocalı soyqırımına dair yeni abidə kompleksi rəsmi protokola salınacaq - <span style="color: red;">VİDEO
# 28 dekabr 2013 10:48 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə yeni abidə kompleksinin tikilməsi istiqamətində işlər görülür: “Xocalı abidəsinin Milli Məclisin gündəliyinə salınması məsələsini vaxtaşırı qaldırmışam. Ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və cənab prezidentimizin tapşırığı ilə artıq bu işlər gedir. Bu abidə rəsmi protokola salınacaq ki, ölkəyə gələn əcnəbilər həmin abidəni ziyarət etsinlər. Artıq abidənin layihəsi, sənədləşmə və digər işlər hazırdır və inşasına başlanmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR