Tikinti şirkətinin dövlət qurumuna qarşı şikayəti təmin edilməyib

Tikinti şirkətinin dövlət qurumuna qarşı şikayəti təmin edilməyib
# 14 yanvar 2014 09:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Euro Tikinti” MMC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru əvəzinin verdiyi qərarının ləğv edilməsi barədə apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, “Euro Tikinti” MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktor əvəzi Məmmədov Füzuli Rafiq oğlunun 28 mart 2013-cü il tarixli 00025 saylı qərarının ləğv edilməsi barədə iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR