Son günlər ölkə ərazisində yağan yağışlar bəzi sürüşmə sahələrinə müəyyən təsir göstərib

Son günlər ölkə ərazisində yağan yağışlar bəzi sürüşmə sahələrinə müəyyən təsir göstərib
# 07 oktyabr 2013 08:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son günlər ölkə ərazisində yağan yağışlar bəzi sürüşmə sahələrinə müəyyən təsirini göstərib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında deyib ki, yağışlar Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində torpaq uçqunun yaranmasına səbəb olub.

Onun sözlərinə görə, həmin ərazi köhnə sürüşmə sahəsidir və orada mütəmadi uçqunlar baş verir: “Lənkəran-Lerik yolunun 17-ci kilometrliyi axıcı süxurlardan ibarətdir. Buna görə də yağış yağan kimi axıcı süxurlar uçur. Lakin yolun kənarındakı dağdan qopan uçqunlar müvəqqəti şose yolunun bağlanmasına səbəb olur. Lakin sonradan yollar açılır və hərəkət əvvəldə olduğu kimi davam edir”.

B.Qaralov Zığ yamacındakı sürüşmə sahəsində vəziyyətin olduğu kimi qaldığını deyib. Onun sözlərinə görə, digər sürüşmə sahələrində vəziyyət sabitdir və hər hansı bir aktivləşmə yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR