Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsi ötən il 85% artıb - FOTO

Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsi ötən il 85% artıb - <span style="color: red;">FOTO
# 03 aprel 2014 06:59 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. Aprelin 2-də Iqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopfun rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Avstriya arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazir Şahin Mustafayev Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi əlaqələrin uğurla davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli rəsmi səfərlər, aparılan danışıqlar xüsusi əhəmiyyətə malikdir.

Qeyd edilmişdir ki, iki ölkə arasında möhkəm hüquqi baza yaradılıb. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanan 50-dən çox Avstriya şirkəti iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. 2013-cü ildə Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 85%-ə yaxın artıb. İş adamları arasında əlaqələrin təşviq edilməsində və inkişafında AZPROMO və Avstriyanın analoji qurumunun fəaliyyəti təqdirəlayiqdir.

Ş. Mustafayev Azərbaycan iqtisadiyyatına, müxtəlif sahələrdə aparılan islahatlara, ölkəmizin əlverişli coğrafi mövqeyinə, həyata keçirilən iri layihələrə, qeyri-neft sektorunun prioritetliyinə dair məlumatları qonağın diqqətinə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan nazir işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını qeyd edib.

K. Kopf ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndirən Avstriya Milli Şurasının ikinci prezidenti ölkəmizlə əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.

Görüşdə iştirak edən Avstriya şirkətləri fəaliyyətləri barədə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR