Londonda Azərbaycan musiqisinə həsr olunmuş qala-konsert keçiriləcək

Londonda Azərbaycan musiqisinə həsr olunmuş qala-konsert keçiriləcək
# 10 fevral 2014 16:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Martın 7-də Azərbaycan Beynəlxalq Bankı və “Buta” İncəsənət Mərkəzi Londonun Mərkəzi Vestminster zalında Azərbaycan musiqisinə həsr olunmuş qala-konsert təşkil edəcək.

Xalq artisti Yalçın Adıgözəlovun APA-ya verdiyi məlumata görə, konsert proqramında Fikrət Əmirovun ərəb mövzuları əsasında yazdığı “Fortepiano üçün konsert”, Q. Qarayevin “İldırımlı yollarla” baletindən II süita, Nazim Əliverdibəyovun orqan üçün “Bayatı-Şiraz”, Niyazinin “Arzu” romansı və s. əsərlər səslənəcək.

Qeyd edək ki, konsert Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun müşayiəti ilə London Kral Filarmonik Orkestrinin ifasında təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR