Lənkəranda 1 dekabr - QİÇS-lə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib - FOTOSESSİYA

Lənkəranda 1 dekabr - QİÇS-lə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 dekabr 2013 05:11 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. “Hazırda ölkə üzrə 4134 nəfər QİÇS-ə yoluxmuş şəxs qeydiyyatdadır ki, bunun da 700 nəfərindən çoxu cənub bölgəsinin payına düşür”. APA-nın cənub bürosunun məlumatına görə, bu sözlər Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar və Tibb Kollecləri tələbələrinin iştirakı ilə 1 dekabr - QİÇS-lə Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən maarifləndirici seminarda səsləndirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbir Azərbaycan Respublikası Ombudsman Aparatının, Gənclər və İdman Nazirliyinin və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Eldəniz Muradov, mərkəzin Lənkəran regional laboratoriyasının müdiri Rəmiəli İbişov, Ombudsman Aparatınınn Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya Ismayılov və başqaları tələbələrə bu virusla bağlı ətraflı məlumat verərək, yoluxma yolları və QİÇS-dən qorunma üsullarını izah ediblər.

Tədbirdə QIÇS-lə bağlı maarifləndirici tədbirlərin tez- tez keçirilməli olduğu, gənc nəslin, ümumilikdə insanların bu xəstəliklə bağlı məlumatlı olmalarının vacibliyi qeyd olunub. Bildirilib ki, hazırda dünyada 34 milyona yaxın QIÇS-ə yoluxmuş insan var və hər il bu rəqəm 2,5-3 milyon nəfər artır. Təəssüf ki, bu göstərici Azərbaycanda da artmaqdadır və bu virusa yoluxanların real sayı qeydiyyatdan olanların sayından qat-qat çoxdur. Buna səbəb isə bir çoxlarının virus daşıyıcısı olduğunu gizlətməsi və ya ümumiyyətlə bundan xəbərsiz olması ilə bağlıdır. Təəssüf doğuran daha bir məqam isə ondan ibarətdir ki, cənub bölgəsi respublika üzrə bu virus daşıyıcılarının sayına görə öncül yerlərdən birini tutur.

Daha sonra bütün tədbir iştirakçılarına müzakirə olunan mövzuya dair ədəbiyyatlar paylanıb.

Seminardan sonra tələbələr İnsanın İmmun Çatışmamazlığı Virusu üzrə qan nümunələrinin pulsuz və anonim laboratoriya sınaq test yoxlamalarından keçiriliblər.

Qeyd edək ki, Respublika QIÇS-lə Mübarizə Mərkəzi tərəfindən Avropa həftəliyi çərçivısində İİV-lə bağlı test müayinələrini indiyədək Azərbaycan Dövlət Neft Akademiyasında, Dillər Universitetində, "Odlar Yurdu" Universitetində, Bakı avtovağzalında, 28 May və “Park Bulvar” ticarət mərkəzlərində keçirilib. Mərkəzdən APA-ya verilən məlumata görə, Avropa həftəliyi çərçivəsində ilk dəfə reallaşan İİV-lə bağlı test müayinələri dünya ölkələrində noyabrın 22-dən 29-a kimi keçirilib. Azərbaycanda isə bu tədbirin dekabrın 10-dək davam etdirilməsi qərara alınıb. Analoji qan nümunələrinin pulsuz və anonim laboratoriya sınaq test yoxlamalarının həmçinin Sumqayıt və digər iri şəhərlərin ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR