Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,2 min nəfər olub

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,2 min nəfər olub
# 25 yanvar 2014 08:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvarın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4757,8 min nəfər olub, onlardan 4521,2 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.


APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il dekabrın 1-nə muzdla işləyənlərin sayı 1505,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 901,8 min nəfər, qeyri-dövlət bölməsində isə 604,1 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 37,6 min nəfər, qeyri-neft sektorunda 1468,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1463,1 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,3%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,2%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 2,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

Xidmət sahəsində çalışanların 22,7%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bu il yanvarın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,2 min nəfər olub, onların 41,5%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 268,5 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR