Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - VİDEO

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 12 yanvar 2014 20:41 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik şose yolunun rayonun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Qurunba kənd sakini, 35 yaşlı Zahid Bəhlul oğlu Məmiyev idarə etdiyi “VAZ-2107” markalı, 90 XF 727 dövlət nömrə nişanlı avtomobillə rayonun Kərgələn kənd sakini, 55 yaşlı Abdulla Qulu oğlu Mirzəyevi vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada şahidlərinin çağırışı ilə hadisə yerinə gəlmiş Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

A. Mirzəyevə ilkin tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Lakin bir neçə saat koma vəziyyətində qaldıqdan sonra o, dünyasını dəyişib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək qəza baş verən ərazini müayinə ediblər. Məlum olub ki, sürücü qəza baş verəndən sonra hadisə yerindən qaçıb.

İlkin versiya kimi, hadisənin baş verməsinə səbəb kimi avtomobilin yüksək sürətlə idarə olunması və kənd ərazisində piyadalar üçün nəzərdə tutulan səkinin qaranlıq olması göstərilir.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri təyin olunan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR