Bakıda mərc oyunları məntəqəsindən xeyli miqdarda pul oğurlanıb

Bakıda mərc oyunları məntəqəsindən xeyli miqdarda pul oğurlanıb
# 19 noyabr 2013 08:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda mərc oyunları məntəqəsindən oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 23-nə keçən gecə İstiqlaliyyət küçəsində yerləşən, Rəvan Əmirova məxsus «Topaz» idman mərc oyunları məntəqəsindən açıq qapıdan keçməklə 2000 manat oğurlanıb. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qurbanov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR