İntiqam Babayev: “Gəncədə beynəlxalq tədbirlər keçirilməsi üçün infrastruktur var” - MÜSAHİBƏ - VİDEO

İntiqam Babayev: “Gəncədə beynəlxalq tədbirlər keçirilməsi üçün infrastruktur var” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">VİDEO
# 25 noyabr 2013 06:49 (UTC +04:00)

“2014-cü ilin oktyabrında Azərbaycanda BMT-nin xətti ilə dünya gənclər siyasəti üzrə simpozium keçiriləcək”

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin APA-ya müsahibəsi

- 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilmək üçün Gəncə ilə yanaşı, başqa şəhərlər də iddialı idi. Hansı səbəblər bu seçimdə Gəncənin qalib olmasına əsas verdi?

- Əvvəlcə onu qeyd edim ki, Avropa Gənclər Paytaxtı layihəsi 2009-cu ildən başlayıb. Birinci olaraq Hollandiyanın Rotterdam şəhəri, sonrakı illərdə isə Belçika, Portuqaliya, İtaliya, Sloveniya və digər ölkələrin şəhərləri bu statusu qazanıblar. Həmin layihənin şərtlərinə görə, 2 il əvvəlcədən seçim aparılır. 2016-cı il üçün namizədlər arasında yalnız Azərbaycan Avropa İttifaqına daxil olmayan ölkə idi. Layihənin şərtlərinə görə, seçiləcək şəhər paytaxt deyil, regional şəhər olmalıdır. Eyni zamanda namizəd şəhərdə beynəlxalq tədbirlər keçirilməsi üçün müvafiq infrastruktur olmalıdır. Gəncə Azərbaycanın ikinci şəhəridir. Bundan əlavə, Gəncədə beynəlxalq tədbirlər keçirilməsi üçün infrastruktur və şəhərin bu sahədə kifayət qədər təcrübəsi var. Biz Gəncənin namizədliyini irəli sürəndə bunları nəzərə aldıq. Hesab edirəm ki, bu, düzgün qərardır.

- 2016-cı ilə kimi bu istiqamətdə hansı işlərin görülməsi nəzərdə tutulur?

- 2016-cı il ərzində görüləcək işlərin layihəsi hazırlanmalıdır və həmin layihə barədə Avropa Gənclər Forumuna məlumat verilməlidir. Hesab edirəm ki, qarşıdakı illərdə Gəncədə keçirilən tədbirlər barədə Avropa daha çox məlumatlanacaq. Avropa miqyaslı beynəlxalq tədbirlərinin Gəncədə keçirilmə şansı artdı. 2016-cı ildə Gəncədə müxtəlif beynəlxalq tədbirlər keçiriləcək. Ölkə səviyyəsində olan tədbirlərin də bir çoxu 2016-cı ildə Gəncədə təşkil olunacaq.

- Bu layihədən Azərbaycanın gözləntiləri nədən ibarətdir?

- Biz bir daha nümayiş etdirdik ki, Azərbaycan demokratik, müstəqil, inkişaf etmiş ölkədir. Azərbaycanın güclü potensialı var. Vətəndaş cəmiyyəti formalaşır. Gənclərimiz dünya miqyasındakı proseslərdə fəal iştirak edirlər. Bu gün Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə, layihələrdə iştirak edirlər, bu sahədə kifayət qədər təcrübələri var. Həm də bu, Azərbaycan üçün müsbət təbliğat və imicdir.

- Gələcəkdə bu istiqamətdə hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

- Biz uğurlarımızı davam etdiririk. 2014-cü ilin oktyabr ayında Azərbaycanda BMT-nin xətti ilə dünya gənclər siyasəti üzrə simpozium keçiriləcək. Bu tədbir dünyada ilk dəfə olaraq keçiriləcək. Keçiriləcək məkan kimi Bakı şəhəri təsdiq edilib. Həmin tədbirin harada keçirilməsi ilə bağlı namizədlər var idi. Söhbət gedirdi ki, Avropa İttifaqı ərazisində keçirilsin. Lakin Bakı seçildi. Bilirsiniz ki, BMT baş katibinin gənclər üzrə elçisi Əl Əmiri Azərbaycana səfər edib. Bu səfər çərçivəsində o, gənclər siyasəti ilə daha yaxından tanış oldu və hesab etdi ki, Azərbaycanın dünya ilə təcrübəsini bölüşəcək bir çox nailiyyəti var. Bu da bizim bir uğurumuzdur. Dünya miqyaslı bir tədbir olacaq. Bundan başqa da kifayət qədər planlarımız, potensialımız var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR