Bakıda ruhi xəstə Sosial Müdafiə Fondunu partlada biləcəyi barədə polisə məlumat verib

Bakıda ruhi xəstə Sosial Müdafiə Fondunu partlada biləcəyi barədə polisə məlumat verib
# 04 dekabr 2013 09:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda ruhi xəstə Sosial Müdafiə Fondunu partlada biləcəyi barədə polisə məlumat verib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1981-ci il təvəllüdlü Sahib Nurəddin oğlu Ələkbərov Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq 50 manat təqaüd aldığını, maddi imkanının olmadığını, Sosial Müdafiə Fondundan yardım almadığına görə “Azpetrol” yanacaqdoldurma məntəqəsini və Sosial Müdafiə Fondunu partlada, çevriliş edə biləcəyini bildirib.

Araşdırmalar zamanı məlum olub ki, S. Ələkbərov 3 saylı Ruhi Əsəb Dispanserində qeydiyyatdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR