Asəf Quliyev AXCP-dən və Milli Şuradan istefa verib - YENİLƏNİB

Asəf Quliyev AXCP-dən və Milli Şuradan istefa verib - <span style="color: red;">YENİLƏNİB
# 04 oktyabr 2013 14:37 (UTC +04:00)

Bu barədə APA-ya Asəf Quliyevin özü məlumat verib. A. Quliyev istefasının səbəbləri barədə geniş danışmaq istəməyib.

O əlavə edib ki, hələlik istefası ilə bağlı “facebook” səhifəsindəki statusunda yazdıqları ilə kifayətlənir.

Qeyd edək ki, A. Quliyev “facebook” səhifəsindəki statusunda bunları yazıb: “Milli Şuranın yaranması cəmiyyətdə rəğbət doğurdu. Sonradan MŞ fəaliyyətində nöqsanlara yer verilməsi, daxilli ziddiyyətlər, Milli Şuranın Rusiyanın layihəsi adlandıranların, Milli Şuranın əleyhinə təbliğat aparanların Milli Şuranın işində önə çəkilməsi məndə narahatlıq yaratdı. Düşünürəm ki, 20 ildən artıq seçki məğlubiyyəti və uğursuzluğunu cəmiyyət bizə bağışlamayacaq. Mübarizənin səmimiliyinə inanıb, hər zaman doğrunun yanında oldum... Şübhəsiz ki, yenə də bu yolda olacam. Yuxarıda deyilənləri nəzərə alıb, Milli Şuradan və AXCP-dən istefa edirəm”.

Əlavə edək ki, A. Quliyev həm də Milli Şuranın Mitinq Komitəsinin sədri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR