Elxan Məmmədov: “Arif Əsədov bizim təkliflərdən imtina etdi”

Elxan Məmmədov: “Arif Əsədov bizim təkliflərdən imtina etdi”
# 03 dekabr 2013 13:01 (UTC +04:00)

Bakı – APA. “Milli komandanın baş məşqçisi məsələsinə telefonla da aydınlıq gətirmək olardı. İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini öyrənib, Berti Foqtsla bağlı qərar verə bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.


Bu gün tanınmış futbol veteranı Endi Koulun Azərbaycana səfəri məqsədilə təşkil olunan tədbirə qatılan Məmmədov jurnalistlərlə söhbətində milli komandadan da danışıb.

Baş katib AFFA ilə müqaviləsi başa çatan almaniyalı baş məşqçi Berti Foqtsun taleyinə aydınlıq gətirmək üçün İcraiyyə Komitəsinin iclasının çağırılmasının zəruriliyini bildirib: “Mətbuatda da onların fikirlərini açıqladığını şahidi oluruq. Lakin biz belə istəmirik. İcraiyyə Komitəsinin yığıncağını keçirmək, orada fikir mübadiləsi aparıb müzakirələrdən sonra qərar verilməsini istəyirik. Bu iclasın vaxtını isə hələ dəqiqləşdirməmişik”.

Baş katib 19 yaşadək futbolçulardan ibarət millinin sabiq baş məşqçisi Arif Əsədovun yığmadan ayrılmasına da münasibət bildirib. Məmmədovun sözlərinə mütəxəssisin özü U-19 və U-17-də çalışmaqdan imtina edib: “Əsədov bizim təkliflərdən imtina etdi. Bunun səbəbini də açıqlamadı. Ola bilər ki, klublardan təklif alacağını gözləyir. Onun yerinə Nikolay Adamı təyin edə bilərik. Belə olarsa, U-17-yə baş məşqçi axtaracağıq. Ya da almaniyalını postunda saxlayıb, U-19-a başqa məşqçi tapmalıyıq”.

Qeyd edək ki, 2008-ci ildən millimizin çalışdıran Foqtsun müqaviləsi bu ay başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR