Bakıda Tibb Mərkəzindən xeyli pul oğurlanıb

Bakıda Tibb Mərkəzindən xeyli pul oğurlanıb
# 26 fevral 2014 13:35 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi rayonun Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə 53 saylı ünvanda yerləşən “Dialab” Tibb Mərkəzində qeydə alınıb.

Tibb Mərkəzinin xəzinədarının şkafından 4194 manat pul və 1500 manat dəyərində tibbi ləvazimat naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Hazırda polis oğurluq hadisəsini törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR