İlin sonunadək Suriyada məcburi köçkünlərin sayı iki dəfə arta bilər

İlin sonunadək Suriyada məcburi köçkünlərin sayı iki dəfə arta bilər
# 06 fevral 2014 07:58 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. İlin sonunadək Suriyada məcburi köçkünlərin sayı iki dəfə arta bilər.

APA-nın məlumatına görə, Qaçqınlarla iş üzrə Ali komissarın İdarəsindən bildiriblər ki, müvafiq göstərici 3,5 milyondan 6,5 milyonadək çata bilər.

İdarənin nümayəndəsi Amin Avad Nyu-Yorkda keçirilən brifinqdə bəyan edib ki, daha 2,5 milyon suriyalı qonşu ölkələrdə sığınacaq tapıb. O xatırladıb ki, BMT Suriyaya humanitar yardım üçün donor-ölkələrdən 2,4 milyard dollar, qonşu ölkələrdə sığınacaq tapmış suriyalı qaçqınlar üçün isə 4,2 milyard dollar istəyib.

A. Avad bəyan edib ki, Livanda 900 min, Türkiyədə 600 min, İordaniyada 590 min, İraqın şimalında 215 min, Misirdə 135 min, Şimali Afrika ölkələrində 20 min, digər dövlətlərdə isə 30 min suriyalı qaçqın sığınacaq tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR