YAP rəhbərliyinin Sirus Təbrizlinin yas mərasimində iştirak edib-etməyəcəyinə aydınlıq gətirilib

YAP rəhbərliyinin Sirus Təbrizlinin yas mərasimində iştirak edib-etməyəcəyinə aydınlıq gətirilib
# 07 sentyabr 2013 11:00 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S. Novruzov qeyd edib ki, son vaxtlar S. Təbrizlinin siyasi mövqeyində baş verən dəyişikliklərin və onunla bağlı yaranmış incikliyin belə məsələlərə aidiyyəti yoxdur: “Bu, adət-ənənə, mənəvi məsələdir. Partiya rəhbərliyi yas mərasimində iştirak edəcək. Allah rəhmət eləsin”.

Qeyd edək ki, bu gün Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, keçmiş YAP-çı Sirus Təbrizli vəfat edib. O gecə yatıb, səhər yuxudan ayılmayıb.

Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. O, Yeni Azərbaycan Partiyasının təsisçilərindən və sədr müavini olub. Bir neçə çağırış Milli Məclisin deputatı seçilib.

2007-ci ildə isə partiya sıralarından xaric edilib. Onunla partiya rəhbərliyi arasında müəyyən fikir ayrılıqları, ziddiyyətlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR