Rusiya XİN: Sergey Lavrov gələn həftə İrana səfər edəcək

Rusiya XİN: Sergey Lavrov gələn həftə İrana səfər edəcək
# 06 dekabr 2013 12:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov 10-11 dekabr tarixlərində İrana səfər edəcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, səfərdə məqsəd İran rəsmiləri ilə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır. Məlumatda həmçinin bildirilir ki, İranla “altılıq” ölkələri arasındakı nüvə razılaşması görüşlərin əsas müzakirə mövzularından biri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR