Bakıda güclü küləyin törətdiyi fəsadlar nəticəsində xəsarət alan 8 nəfərdən 6-sı xəstəxanaya yerləşdirilib

Bakıda güclü küləyin törətdiyi fəsadlar nəticəsində xəsarət alan 8 nəfərdən 6-sı xəstəxanaya yerləşdirilib
# 24 iyun 2014 08:17 (UTC +04:00)

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, güclü küləyin törətdiyi fəsadlar nəticəsində 8 nəfər xəsarət alıb.

Z.Vahidovanın sözlərinə görə, onların 4-nün kişi, 4-nün isə qadındır. O, təcili yardıma müraciətlərin hamısının iyunun 22-də daxil olduğunu deyib: “Belə ki, Bakıda 6 nəfərin üzərinə ağac qırılaraq düşüb. 2 qadın, 4 kişi olan xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 6-sı xəstəxanaya yerləşdirilib, 2-nə isə yerində ilkin tibbi yardım göstərilib. Bilgəh qəsəbəsində 1 qadının üzərinə şüşə düşüb. Onda ənsə nahiyəsinin kəsilmiş yarası qeydə alınıb. Həmin qadın xəstəxanaya getməkdən imtina edib və ona tibbi yardım göstərildikdən sonra evə aparılıb. Bundan əlavə, şəhərin mərkəzində yeni tikilən binanın 16-cı mərtəbəsindən kərpic uçaraq qadının üzərinə düşüb. Ona da yerində ilkin tibbi yardım göstərilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR