ARDNŞ Rumıniyada daha 4 yanacaqdoldurma məntəqəsi açıb

ARDNŞ Rumıniyada daha 4 yanacaqdoldurma məntəqəsi açıb
# 12 noyabr 2013 15:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin noyabrında Rumıniyanın qərb regionu, Macarıstanla sərhəddə yerləşən Oradea şəhərində iki yanacaqdoldurma məntəqəsi (YDM), Piatra Neamt şəhərində bir YDM və Buxarest şəhərindən 150 km məsafədə, Ukraynaya gedən Avropa yolu üzərindəki Buzau şəhərində bir YDM olmaqla 4 YDM yenidən tikilərək “SOCAR brendi altında istifadəyə verilib.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatında deyilir.

Məlumata əsasən, bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 20-yə çatıb. YDM-lərdə müştərilərə Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli neft məhsulları, mavi qaz təklif olunur.

Məntəqələrdə 4 sayğac quraşdırılıb, bununla da 6 kiçik avtonəqliyyat vasitəsinin və 2 iri tutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR