Azərbaycan Türkiyə ilə birgə yeni pilot layihəsi reallaşdıracaq

 Azərbaycan Türkiyə ilə birgə yeni pilot layihəsi reallaşdıracaq
# 22 yanvar 2014 11:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində birgə yeni pilot layihəsi həyata keçirəcək.

«APA-Economics»in məlumatına görə, Türkiyə Baş Nazirliyinin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA) Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin müraciət əsasında Xaçmaz rayonunda xüsusi heyvandarlıq kompleksinin yaradılmasına yardım edəcək. Bu məqsədlə yaxın günlərdə TİKA nümayəndələri Azərbaycana səfər edəcəklər.

Qeyd edək ki, TİKA Azərbaycana kənd təsərrüfatı məhsullarının istehsalında, kənd təsərrüfatı məhsullarının istehsalı zamanı xarici asılılığın aradan qaldırılmasında böyük kömək göstərir. Agentlik texniki yardım çərçivəsində əsasən kənd təsərrüfatının idarə olunmasında aparıcı texniki üsullardan istifadə olunması, müasir texnologiyanın tətbiqi, avadanlıq, biznes-planlanma, layihə hazırlanması və s. sahələr üzrə dəstək göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR