Allahşükür Paşazadə: “Sovet dövründə Azərbaycanda 17 məscid olub, bu gün isə 2000-ə yaxın məscid, habelə kilsə və sinaqoqlar var”

Allahşükür Paşazadə: “Sovet dövründə Azərbaycanda 17 məscid olub, bu gün isə 2000-ə yaxın məscid, habelə kilsə və sinaqoqlar var”
# 05 iyun 2014 11:24 (UTC +04:00)

Bunlar Heydər Əliyev və prezident İlham Əliyevin dəstəyi ilə tikilib. Bu gün də bu iş davam edir.


APA-nın məlumatına görə, bunu bu gün Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycan Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Dövlət başçısının dəstəyi ilə məscidlərin tikintisinin davam etdiyini deyən A.Paşazadə bunu Azərbaycanda dinlərə münasibətin təzahürü kimi xarakterizə edib.

Görüşdə iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov isə Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin dünya üçün böyük birlik nümunəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarda müasirliyi və qədim dinini nümayiş etdirən bir ölkədir: “Mən fəxr edirəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında yüksək səviyyədə təmsil olunmaqla yanaşı, islam dəyərlərini dünyaya yaymaqla məşğuldur. Azərbaycanı beynəlxalq təşkilatlarda, xüsusən BMT-də müdafiə etdiyi üçün Səudiyyə Ərəbistanına minnətdarlığımızı bildiririk”.

Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycan Dostluq Qrupunun rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasir isə 62 ildir islam dinində qarşıdurmalar, ixtilaf yaratmağa çalışan qüvvələrin olduğunu bildirib. “Bu cür planlara qarşı həmişə ayıq olmalıyıq, belə fitnələrə uymamalıyıq”, - deyə o vurğulayıb.

Görüşün sonunda A. Paşazadə nümayəndə heyətinin üzvlərinə İçərişəhərin əks olunduğu tablo hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR