“Daşnaksütün”: Ermənistan hökumətinin dəqiq iqtisadi siyasəti yoxdur

“Daşnaksütün”: Ermənistan hökumətinin dəqiq iqtisadi siyasəti yoxdur
# 14 noyabr 2013 22:26 (UTC +04:00)

Bakı-APA. Ermənistan hökumətinin dəqiq iqtisadi siyasəti yoxdur. APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu fikri noyabrın 14-də Ermənistanın “Daşnaksütün” partiyasının fraksiyasından olan deputatı Artsvik Minasyan 2014-cü ilin büdcə layihəsinin parlamentdəki müzakirəsi zamanı bəyan edib.

“Hökumətin yanaşmaları təsadüfi, situativdir - onları nə sosialist, nə liberal, nədə ki bazar yanaşması adlandırmaq olar. İqtisadi siyasətdə dəyərlər sistemi yoxdur”, deyə Minasyan bildirib və təmsil etdiyi fraksiyanın müzakirəyə çıxarılan büdcə layihəsinin əleyhinə səs verəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR