Zaqatalada narkotik bitki becərilməsi faktı aşkarlanıb

Zaqatalada narkotik bitki becərilməsi faktı aşkarlanıb
# 18 iyun 2014 14:35 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada bostan sahəsində narkotik bitki becərilməsi faktı aşkarlanıb. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa cəlb edilməsi və narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Yengiyan kənd inzibati ərazisində Qara çay sahilində, “Padar” çölü adlanan ərazidə 1966-cı il təvəllüdlü, Zaqatala rayonu Yengiyan kənd sakini Yadigar Kamal oğlu Məmmədova məxsus sahənin bostan bitkiləri əkilmiş hissəsində kultivasiya üsulu və aqrotexniki qaydada yetişdirilmiş ümumi çəkisi 52 kq olan 109 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu aşkar olunaraq hal şahidlərinin iştirakı ilə ərazidən maddi sübut kimi götürülüb. Zaqatala RPŞ-dən APA-ya bildirilib ki, Yadigar Məmmədov əvvəllər rayon ərazisində oğruluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR