Vəkil Rauf Mirqədirovla görüşüb

Vəkil Rauf Mirqədirovla görüşüb
# 20 may 2014 15:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Elmar Süleymanov bu gün həbsdə olan jurnalist Rauf Mirqədirovla görüşüb.

Bu barədə APA-ya məlumat verən vəkil Elmar Süleymanov bildirib ki, R.Mirqədirovun vəziyyəti yaxşıdır: “Özünü yaxşı hiss edir. İstintaqın gedişində hər hansı yenilik yoxdur”.

Qeyd edək ki, R.Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR