Xarkovda yerli icra hakimiyyəti binasında yanğın baş verib

Xarkovda yerli icra hakimiyyəti binasında yanğın baş verib
# 07 aprel 2014 23:29 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, rusiyameyyli fəalların binadan milis tərəfindən sıxışdırılıb çıxardılmasından sonra, aksiya iştirakçıları binaya yandırıcı maye ilə dolu şüşə qablar atıblar.

Nəticədə binanın birinci mərtəbəsində yanğın başlayıb.

“Binanın birinci mərtəbəsində, bir neçə otaqda yanğın olub. Hazırda yanğın lokallaşdırılıb, demək olar ki, tam söndürülüb”, - Xarkov vilayəti Fövqəladə hallar üzrə Dövlət xidmətinin nümayəndəsi İqor Lupandin bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR