Cəzaçəkmə müəssisəsinə dərman həblərinin keçirilməsinin qarşısı alınıb

 Cəzaçəkmə müəssisəsinə dərman həblərinin keçirilməsinin qarşısı alınıb
# 23 iyun 2014 14:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə Müəssisəsinə dərman həblərinin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 204.1; 234.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Cavidan Əhmədağa oğlu İbişovun yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Kəmalə Həsənağa qızı Heydərovanın üzərinə baxış keçirilən zaman alt paltarında gizlətdiyi içərisində 37 ədəd olan sellofana bükülmüş “Tramadol” dərman həbləri aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR