Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru: “Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən məmnunuq”

Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru: “Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən məmnunuq”
# 09 oktyabr 2013 10:25 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Azərbaycanda prezident seçkilərinin hazırlıq səviyyəsindən məmnunuq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş ofisi ABŞ-ın Dallas şəhərində yerləşən Siyasi Monitorinq üzrə Müstəqil Amerika Mərkəzinin direktoru Lidiya Louson deyib. O bildirib ki, təşkilat oktyabrın 6-dan ilkin müşahidələr aparıb, dünən isə seçki məntəqələrini ziyarət ediblər: “Bu gün saat 7:30-dan müşahidələrə başladıq və 10 seçki məntəqəsində oldu. Hər məntəqədə seçki qanunu ilə bağlı materiallar var idi. Hər şey qanunlara uyğun keçir. Biz seçki komissiyalarının üzvləri və müşahidəçilərlə danışdıq və onlar pozuntu qeydə almadıqlarını dedilər. Müşahidələrimizi məntəqələrin bağlanana qədər davam etdirəcəyik".

Qeyd edək ki, bundan əvvəl təşkilat Rusiya, Qazaxıstan, Gürcüstan, Ekvador kimi ölkələrdə seçki müşahidələri aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR