İsrailin Azərbaycandakı səfirliyində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri dəyişib

İsrailin Azərbaycandakı səfirliyində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri dəyişib
# 03 oktyabr 2013 11:34 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İsrail Azərbaycandakı səfirliyində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

Səfirlikdən APA-ya verilən məlumata görə, bu vəzifədə Sevda Əmirova təyinat alıb.

Bundan əvvəl o, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsində, Azərbaycan Diplomatik Akademiyasında və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində çalışıb.

Xatırladaq ki, S. Əmirova bu vəzifədə Nigar Məmmədovanı əvəzləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR