“Quba-Şabran folklor örnəkləri” kitabının I cildi çıxıb

“Quba-Şabran folklor örnəkləri” kitabının I cildi çıxıb
# 14 may 2014 16:42 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Quba-Şabran folklor örnəkləri” kitabının I cildi işıq üzü görüb. AMEA-dan APA-ya verilən məlumata görə, kitaba Azərbaycanın qədim tarixə malik bölgələrindən olan Quba-Şabran ərazisindən (Quba, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarından) toplanmış folklor örnəkləri daxil edilib.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Tahir Orucov, tərtibçiləri professor Məmməd Əliyev və filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərlidir.

Nəşrdə ovsunlar, toy adətləri, alqışlar, qarğışlar, inanclar, yuxuyozmalar, atalar sözləri, bayatılar, laylalar, rəvayətlər, lətifələr, qaravəlli, dastanlar, aşıq şeirləri və s. kimi folklor nümunələri təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR