Ukraynada keçirilən rəy sorğusu Pyotr Poroşenkonun seçkilərdə açıq favorit olduğunu ortaya qoyub

Ukraynada keçirilən rəy sorğusu Pyotr Poroşenkonun seçkilərdə açıq favorit olduğunu ortaya qoyub
# 23 aprel 2014 13:04 (UTC +04:00)

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, aprelin 9-dan 16-na qədər Krım istisna olmaqla, ölkənin bütün regionlarında aparılan sosioloji tədqiqatın nəticələrinə əsasən 6200 respondentin 48,4%-i mayın 25-də Pyotr Poroşenkoya səs verəcəyini bildirib. Ölkənin nüfuzlu siyasətçilərindən Vitali Kliçkonun Poroşenkonu dəstəkləməsi iş adamının reytinqinin yüksəlməsinə səbəb olub. Onun əsas rəqibi, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkonun reytinqi 14% təşkil edir.

Regionlar Partiyasından (RP) ayrılan deputat Sergey Tigipko 7,4%-lə üçüncü, Regionlar Partiyasının namizədi, Rusiyayönümlü Mixail Dobkin 6%-lə dördüncü, Kommunist Partiyasının lideri Pyotr Simonenko 5,6%-lə beşinci sıradadır.

Namizədlərin içərisində Kremlə ən yaxın siyasətçi olan deputat Oleq Tsaryovun reytinqi cəmi 1,1%-dir. Ümumiyyətlə, rəy sorğusu Ukraynada Qərbyönlü siyasətçilərin ümumi səs faizinin xeyli yüksəldiyini ortaya qoyub. Bunda ənənəvi olaraq Rusiyayönümlü siyasətçilərə və partiyalara səs verən Krımdakı seçicilərin artıq Ukraynadakı seçkilərdə səs verməyəcəyi faktı da rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR