Zakir Həsənov İtaliya Senatı Müdafiə Komissiyasının sədrini qəbul edib

Zakir Həsənov İtaliya Senatı Müdafiə Komissiyasının sədrini qəbul edib
# 08 may 2014 11:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İtaliya Senatının Müdafiə Komissiyasının sədri Nikola Latorreni qəbul edib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi, iki dövlətin regional təhlükəsizliyə verdiyi töhfələr, o cümlədən Azərbaycan-İtaliya hərbi, hərbi-təhsil sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR