Ukrayna Ali Radası Krım parlamentinin səlahiyyətlərinin dayandırması barədə qərar qəbul edib

Ukrayna Ali Radası Krım parlamentinin səlahiyyətlərinin dayandırması barədə qərar qəbul edib
# 15 mart 2014 13:28 (UTC +04:00)

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Ali Radanın məlumatında bildirilir ki, Krım Muxtar Respublikasının Ali Radasının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Krımda martın 16-na təyin olunmuş referenduma iki sual çıxarılacaq: “Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı?” və “Siz Krım Respublikasının 1992-ci il Konstitusiyasının bərpasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?”

Səsvermədə iştirak edənlərdən yarısından çoxunun müsbət cavab verdiyi sual qəbul edilmiş sayılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR