Füzuli rayonunun daha bir qəsəbəsi qazlaşdırılıb

Füzuli rayonunun daha bir qəsəbəsi qazlaşdırılıb
# 23 iyun 2014 14:51 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün Füzuli rayonunun 5-ci Zobcuq qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 400 abonenti olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16264 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bu münasibətlə keçirilmiş tədbirdə “Azəriqaz” İB-nin və Füzuli rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR