Azərbaycan prezidenti İSESCO-nun baş direktorunu qəbul edib

Azərbaycan prezidenti İSESCO-nun baş direktorunu qəbul edib
# 31 oktyabr 2013 14:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 31-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

APA-nın məlumatına görə, İSESCO-nun baş direktoru İ. Əliyevi prezident seçkilərində uğurlu qələbəsi münasibətilə təbrik edib.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumu mədəni, humanitar və digər sahələrdə dünyada gedən proseslərin müzakirəsi üçün növbəti əlverişli fürsət kimi dəyərləndirildi. Söhbət zamanı Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın yüksək səviyyədə olduğu və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR