Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır - YENİLƏNİB

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır  - <span style="color: red;">YENİLƏNİB
# 27 avqust 2013 09:24 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Avqust 27-dən 29-dək respublika ərazisində isti, əsasən yağmursuz yüksək temperatur rejimi üstünlük təşkil edəcək. Əksər rayonlarda yağmursuz hava şəraiti bütün kənd təsərrüfatı bitkilərinin inkişafına müsbət təsir göstərəcək. Bununla yanaşı, Mərkəzi-Aran və Naxçıvan MR-da havanın maksimum temperaturunun 35 dərəcədən yuxarı olması bitkilərin inkişafına mənfi təsir göstərəcək, hətta torpağın üst səthini qurudaraq suvarmaya ehtiyac yaradacaq.

Ümumiyyətlə, gözlənilən hava şəraiti bir çox rayonda bağlarda meyvələrin, bostanlarda tərəvəzin, üzüm bağlarında isə süfrə üzümünün yığımı, çoxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR