Türkiyə xarici işlər nazirinin İrana səfərinin vaxtı məlum olub

Türkiyə xarici işlər nazirinin İrana səfərinin vaxtı məlum olub
# 15 noyabr 2013 13:08 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İrana səfər edəcəyi tarix məlum olub. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti əsasında 26-27 noyabr tarixlərində Tehrana gedəcək. O, səfər çərçivəsində İranın bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi başda olmaqla, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, bundan əvvəl Ə. Davudoğlunun Tehranda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək və İran rəsmiləri ilə ikitərəfli əməkdaşlığa dair müzakirələr aparmaq üçün qonşu dövlətə səfər edəcəyi barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR