İqtisadiyyat və Sənaye Nazirliyinin xidməti minik avtomobillərinin sayı artırılıb

İqtisadiyyat və Sənaye Nazirliyinin xidməti minik avtomobillərinin sayı artırılıb
# 04 iyun 2014 13:19 (UTC +04:00)

Bakı - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişikliklər edib.

APA-nın verdiyi məlumat görə, dəyişiklik İqtisadiyyat və Sənaye Nazirliyi üçün xidməti minik avtomobillərinin say həddinin (limitinin) artırılması ilə bağlıdır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatı üzrə xidməti minik avtomobillərinin say həddi 10 ədəddən 14 ədədə qaldırılıb. Ərazi və yerli bölmələr üzrə 8 xidməti minik avtomobili həddi isə dəyişdirilməyib.

Maliyyə Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR