AEBA-nın icraçı direktoru İranda səfərdədir

AEBA-nın icraçı direktoru İranda səfərdədir
# 11 noyabr 2013 09:08 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano İranda səfərdədir.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, səfər İranın Atom Enerjisi Təşkilatının sədri, vitse-prezident Əli Əkbər Salehinin dəvəti əsasında baş tutub.

İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi bildirib ki, Y. Amano İranla agentlik arasında müzakirələrin aparılması məqsədilə Tehrana gəlib: “AEBA-nın icraçı direktoru İran rəsmiləri ilə görüşlər keçirəcək. Bu səfər tərəflər arasında yeni əməkdaşlıq mərhələsinin açılması mənasındadır. Səfər çərçivəsində İranın irəli sürdüyü praktiki təkliflər araşdırılacaq. Bu gün Tehranda keçirilən iclasda bu təkliflərin yekun mətninin hazırlanması, İranla AEBA arasında çərçivə sazişi ilə bağlı razılığın əldə edilməsi planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR