Minskdə MDB Hökumət Başçıları Şurasının iclası keçirilir

Minskdə MDB Hökumət Başçıları Şurasının iclası keçirilir
# 31 may 2013 11:31 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. Bu gün Minsk (Belarus) şəhərində MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, toplantıda MDB ölkələrindən 6 baş nazir, 2 baş nazirin birinci müavini və 2 baş nazir müavini iştirak edəcək.

İclas çərçivəsində bir sıra ikitərəfli görüşlərin və Vahid İqtisadi Məkana daxil olan ölkələrin iş adamlarının Forumunun keçirilməsi də nəzərdə tutulur.

MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyinə sosial-iqtisadi xarakterli 30-dan çox məsələ daxil edilib. Azərbaycanı iclasda baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR